Suriya Milli İnqilab Şurası ölkədə baş verən qətliamlarda İranın əli olduğunu açıqlayıb
APA-nın məlumatına görə, Suriya Milli İnqilab Şurasının tanınmış üzvlərindən olan Semir Neşar deyib ki, xalqına qarşı İranın iştirakı və yardımı ilə qətliamlar həyata keçirilir: “Biz rəsmi Tehranın bu cür addımlarını pisləyir və İrandan Suriya xalqına qarşı zorakılığa son qoymasını tələb edirik”.
S. Neşar həmçinin rəsmi Tehranı Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən vaz keçməyə çağırıb.