İsrailin Kadima Partiyasının sədri, keçmiş xarici işlər naziri Tsipi Livni İran rəhbərliyinə müxalif olan iranlı tələbələrlə görüşüb.
APA-nın məlumatına görə, görüşdə İranlı Tələbələr Konfederasiyasının rəhbəri Abbas Fəxrəvər də iştirak edib.
İsrail müxalifətinin lideri deyib ki, rəsmi Tel-Əvivin problemi İran xalqı ilə deyil, yalnız bu ölkədəki mövcud quruluşladır.