İranda Dağlıq Qarabağ münaqişəsi haqqında kitab işıq üzü görüb.
APA-nın məlumatına görə, “Rusiya və Türkiyənin Qarabağ münaqişəsi ilə bağlı xarici siyasəti” adlı kitabın müəllifi Zəncan şəhərindən olan azərbaycanlı fəal, siyasi elmlər üzrə ekspert Eyvaz Bayatdır. “Əndişe-ye no” nəşriyyatında fars dilində çap olunan kitab 414 səhifə olmaqla 7 fəsildən ibarətdir.
Müəllif kitabda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 2009-cu il noyabr ayının sonuna qədər olan hadisələri araşdırıb, Rusiya və Türkiyənin bu məsələdə roluna toxunub.