Suriyalı kürdlərin Ərbildə üç gün davam edəcək konfransına Şimali İraqdakı Kürd administrasiyasının rəhbəri Məsud Bərzaninin və Baş nazir Berhan Salehinin ştirakı ilə başlayıb.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, M.Bərzani suriyalı kürdlərə səslənib: "Suriyada dəyişiklik etmək bizim işimiz deyil, bu, sizin vəzifənizdir. Bizim əsla Suriyanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Siz nəyə qərar versəniz biz bunu dəstəkləyəcəyik. Sizdən tək istədiyimiz birlik və bərabərlik içində hərəkət etmənizdir. Haqlarınızı qarşıdurmadan uzaq şəkildə, dialoq yolu ilə əldə etməyə çalışın”.