ABŞ-ın Böyük Britaniya paytaxtındakı səfirliyi qarşısında Qərbin İran və Suriyanın daxili işlərinə qarışmasına etiraz əlaməti olaraq nümayiş keçirilib.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, yüzlərlə iştirakçı ABŞ və müttəfiqlərinin İran və Suriyada mövcud rejimləri dəyişdirmək məqsədi ilə hərbi müdaxiləyə hazırlıqlarını qınayıblar. Aksiyaya qatılanların rəyinə əsasən, belə üsullar sözügedən ölkələrə demokratiya bəxş etməyəcək, yalnız onları Qərbə tabe edəcək.
"Müharibəni dayandırın" koalisiyasının təşkil etdiyi mitinqdə "İran və Suriyadan əlinizi çəkin!", "İrana hücum etməyin!" şüarları səsləndirilib. Nümayiş iştirakçılarının rəyinə görə, hərbi müdaxilədən sonra İranı və Suriyanı, İraqla Liviyanın aqibəti gözləyir.