Bazar günü Misir parlamentinin yuxarı palatasına (Məşvərət Şurası) seçkilərin birinci mərhələsi başlayıb.
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, səsvermə məntəqələri yerli vaxtla saat 8-də açılıblar (Bakı vaxtı ilə saat 10-da).
Misir parlamentinin yuxarı palatasına seçkilərin birinci mərhələsi 2 gün davam edəcək və yanvarın 30-da sona çatacaq. Səsvermədə ölkənin 13 əyaləti iştirak edir. Bu əyalətlərdə səsvermə hüququna 25,5 milyon vətəndaş malikdir.
Seçki məntəqələrində təhlükəsizliyi polis qüvvələri və hərbçilər təmin edirlər.
Seçkilərin ikinci mərhələsi fevralın 14-ü və 15-də keçiriləcək. Bu dəfə seçkilərə Misirin 14 əyaləti cəlb olunacaq.
Məşvərət Şurasının ilk toplantısı fevralın 22-nə təyin edilib.