Bazar günü İsraildə təlim uçuşu zamanı ən müasir "Eitan" pilotsuz təyyarəsi qəzaya uğrayıb.
SalamNews-un "Vzqlyad"a istinadən verdiyi xəbərə görə, təyyarə Təl-Əvivin cənubunda yerləşən "Tel-Nof" hərbi bazası yaxınlığında yerə çırpılıb və partlayıb.
Hadisə zamanı heç kim xəsarət almayıb. İsrail HHQ artıq qəzanın səbəblərini araşdırmağa başlayıb. Əsas ehtimal kimi texniki nasazlıq və "insan faktoru" göstərilir.
İsrail ordusu dünyanın ən nəhəng pilotsuz təyyarəsi olan "Eitan"ı 2010-cu ildən istifadə etməyə başlayıb. Cihaz "Neron" pilotsuz təyyarəsinin müasirləşdirilmiş variantıdır və İran sərhədlərinə qədər uçmaq imkanına malikdir.