İran və Azərbaycan arasında heç bir siyasi problem yoxdur. Bu barədə SalamNews-a İranın Ali lideri ayətullah Xameneinin xarici siyasət üzrə baş məsləhətçisi Əli Əkbər Vilayəti bəyan edib.
O deyib: “Azrəbaycan və İran xalqları arasında tarixi, dini və mədəni əlaqələr mövcuddur və sürətlə inkişaf edir. Ölkələrin ikitərəfli əlaqələrində heç bir problem müşahidə olunmur”.
Bildirək ki, yanvarın 29-da Tehranda “Gənclər və islam intibahı” mövzusunda ikigünlük konfrans keçiriləcək. Konfrans zamanı Yaxın Şərq ölkələrində inqilabi proseslərdə islam gənclərinin rolu haqqında müzakirələr aparılacaq. Tədbirdə elmi dairələri təmsil edən 1000-dən çox gənc və 73 ölkənin mediası dəvət olunub.