“İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”.
APA-nın məlumatına görə, bunu İsrailin müdafiə naziri Ehud Barak jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dünya ölkələri rəsmi Tehranın nüvə silahına yiyələnməsinin qarşısıalınmaz duruma gəlməməsi üçün təxirəsalınmaz tədbirlər görmək məcburiyyətindədirlər: “İran neftinə və banklarına qarşı yönəlmiş daha sərt sanksiyalara ehtiyac var. Biz İranın nüvə ölkəsinə çevrilməsinin qarşısını almaqda qərarlıyıq. ABŞ prezidenti və digər müttəfiq ölkələrin liderləri də heç bir variantın masadan qaldırılmamasının tərəfdarıdırlar və İranın nüvə silahına yiyələnməsinin qarşısının alınmasını vacib sayırlar. Çünki İran nüvə silahına sahib olarsa, bütün dünya üçün problem olar”.