İranın Kirman əyalətində zəlzələ olub.
APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakət vilayətin cənubundakı Qala Gənc şəhərində baş verib. Rixter şkalası ilə 4 bal gücündə olan zəlzələ yanvarın 27-də saat 19:38-də baş verib. Təbii fəlakətin episentri yerin 10 km dərinliyində olub. Zəlzələ nəticəsində dağıntı və tələfatın olub-olmaması barədə heç bir məlumat yoxdur.