Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev İordaniya Krallığının baş naziri Aun Əl Xasauna ilə görüşüb
Azərbaycan ilə İordaniya arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilən görüşdə hər iki ölkənin müxtəlif sahələrdə bir-birinə dəstək verməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.