Yanvarın 26-da Suriyada hökumət əleyhinə kütləvi aksiya keçirən insanlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vErən toqquşmalarda 62 nəfər ölüb. APA-nın “Franca-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı Londonda fəaliyyət göstərən suriyalı hüquq-müdafiəçiləri yayıb.
Ən gərgin vəziyyət ölkənin qərbindəki Xoms şəhərində yaranıb. Burada 33 dinc sakinin öldürüldüyü xəbər verilir. Onlardan 9-u uşaqdır.
Xatırladaq ki, Suriyada 10 aydır rejim əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Müxalifət prezident Bəşər Əsədin istefasını tələb edir. Bu müddətdə ölkədə ölənlərin ümumi sayı 5 mini ötüb.