Fransa Türkiyə iqtisadiyyatında mühüm rol oynayan ölkələrdən biridir. “APA-ECONOMICS”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan açıqlama verib.
Onun sözlərinə görə, Fransa şirkətləri çoxlu sayda Türkiyə vətəndaşının məşğulluğunu təmin edir: “Ona görə də fransız sahibkarların bütün investisiyaları Türkiyənin himayəsi altında olacaq”.
Nazir fransız sahibkarların da Fransada “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul olunmasından narazı olduqlarını vurğulayıb: “Türkiyə şirkətlərinə gəlincə, Fransa şirkətləri işləyib-işləməməyi onlar özləri seçəcək”.