Məhəmməd peyğəmbərin (s) saçı artıq Qroznıda saxlanacaq. Xüsusi reyslə Türkiyədən gətirilmiş əmanəti 10 mindən artıq insan qarşılayıb. Respublikanın əsas məscidi belə bir izdihama darlıq edib.
SalamNews “Vesti”yə istinadən xəbər verir ki, Məhəmməd peyğəmbərin (s) saçına toxunmaq istəyənlər arasında yalnız Qroznı sakinləri deyil, qonşu respublikalardan gələnlər də olub.
“Bu qeyri-adi bir xoşbətlikdir. Mən bu hissləri sözlə ifadə edə bilmirəm. Bu saç onun bədəninin bir hissəsidir. Ona baxanı, ona toxunanı, o biri dünyada Allah mükafatlandıracaq”, - yerli sakin Məhəmməd Zaynullayev bildirib.
Əmanət olan mücrü xüsusi reyslə dünən Türkiyədən günün ikinci yarısında respulikaya gətirilib. O, daha öncə, İstanbulda Topkapı sayarıyında saxlanılıb. Ramzan Kadırovun oğlu, kiçik Əhməd müqəddəs əmanəti ehtiyatla daşıyıb.
Mərasimdən sonra məsciddə camaat namazı qılınıb. Xatırladaq ki, payızda respublikaya gətirilən Məhəmməd peyğəmbərin (s) müqəddəs pyaləsini də minlərlə dindar qarşılayıb.