Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının baş naziri Sayed Yusuf Raza Gilani ilə Davosda görüşü olub.
APA-nın verdiyi xəbərə görtə, Sayed Yusuf Raza Gilani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə prezident İlham Əliyevi təbrik edib.
Görüşdə əlaqələrimizin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib və bunun çox böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Azərbaycanın və Pakistanın bir-birini həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəklədiyi bildirilib və bu dəstəyin bundan sonra da davam etdirilməsinin önəmi qeyd olunub.
Görüşdə ölkələrimiz arasında neft-qaz, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.