Bosniya və Herseqovina parlamentinin Nümayəndələr Palatası Fransa Senatına müraciət göndərib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müraciətdə Senata keçmiş Yuqoslaviya ərazisində baş vermiş vətəndaş müharibəsi zamanı bosniyalıların (boşnakların) soyqırıma məruz qalması faktını inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etmək təklif olunub.