Bəhlul Danəndə küçədən keçəndə görür ki, Harun ər-Rəşid bir tikintiyə nəzarət edir.

Yaxınlaşıb soruşur ki, burda nə tikirlər? Harun cavab verir: «Allah üçün ev (yəni məscid) tikdirirəm». Bəhlul bir daha dəqiqləşdirir: «Allah üçünmü ev tikdirirsən?». Harun təsdiq edir. Bəhlul deyir: «Əmr ver, məscidin qapısının üstünə yazsınlar ki, buranı mən tikdirmişəm». Harun hirslənib söyləyir: «Mən bir ətək pul töküb məscid tikdirirəm ki, üstünə sənin adını yazsınlar? Qapının üstünə mənim adım yazılacaq!». Bəhlul gülüb deyir: «Onda de ki, özümçün ev tikib, qapısının üstünə Allahın adını yazdırıram!»