İraqın Baş naziri Nuri Əl Malikinin məsləhətçisi və ölkə şiələrinin liderlərindən biri Seyyid Əmmar Əl Həkim Ankaraya gəlib
SalamNews-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, İraq Ali İslam Şurasının rəhbəri vəzifəsini də icra edən Seyyid Əmmar Əl Həkimin prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcəyi bildirilir.