İordaniya kralı II Abdulla ərəb mediasına verdiyi müsahibəsində İsrailin mövqeyi ilə bağlı fikrini bildirib. İsrailin Fələstinlə danışıqlarda güzəştə getmək istəməməsi kralı qəzəbləndirib.
“Ediot Axronot” qəzetinin yazdığına görə, bununla da hökmdar ölkəsinin Qüdsə təzyiq vasitələrinə malik olduğunu nümayiş etdirib.
II Abdulla qeyd edib ki, İsrail bəzi qarşılıqlı addımlar atmaq imkanlarını yenidən nəzərdən keçirməsə, İordaniya bu ölkə ilə diplomatik əlaqələrin səviyyəsini aşağa endirilməsi və ya dayandırılması imkanlarını dəyərləndirəcək.
SalamNews "lenta.ru"ya istinadən xəbər verir ki, kralın İsrailin mövqeyindən narazılığı fələstinlilər və israillilər arasında danışıqların yenidən bərpa edilməsi haqqında məsləhətləşmələrin uğursuzluğa uğraması olub. İordaniyanın paytaxtında keçirilən məsləhətləşmələr zamanı İsrail bir daha bildirib ki, danışıqlar naminə işğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin tikintisi prosesini dondurmayacaq.
Qeyd edək ki, Əmmanda keçirilən qeyri-formal məsləhətləşmələr nəticəsiz qalıb.