Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin bölgədə heç vaxt etnik və ya dini mənsubiyyəti rəhbər tutan siyasət yürütmədiyini və gələcəkdə də yürütməyəcəyini bildirib.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri İraq Ali İslam Şurasının rəhbəri Seyid Əmmar Əl Həkimlə Ankaradakı görüşü zamanı bəyan edib.
Davudoğlu görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib: "Sünnilərin, şiələrin, xristianların, ərəblərin, kürdlərin, türkmənlərin, bir sözlə, bütün iraqlıların yeni və güclü İraq qurmaları, bölgəni qarşıda gözləyən əzəmətli günlərdən xəbər verəcək".