Misir inqilabi gənclər ittifaqı Qahirənin bir neçə meydanında hərbçilərin hakimiyyəti mülki şəxslərə verməsi tələbi ilə müddətsiz mitinq keçiriləcəyini elan edib.
«Biz köhnə rejim tamamilə çökənə və hərbçilər hakimiyyətdən gedənədək meydanda qalacağıq», deyə gənclər bəyan ediblər.
Onlar hərbi hakimiyyətin əleyhinə olan bütün qüvvələri yanvarın 27-si «Şərəf və ləyaqət cüməsi»ndə iştirak etmək üçün Təhrir meydanına gəlməyə çağırıblar.