Somalinin yarımmuxtar bölgəsi olan Qalmuduqda amerikalı jurnalist və yazıçı Maykl Skott Mur oğurlanıb. Bu barədə humanitar «Ekoterra» təşkilatı məlumat yayıb.
Təşkilatdan bildirilib ki, jurnalist Somali quldurlarının əlindədir. Quldurlar onu özlərinin Hobyo bazasında saxlayırlar. Məlumatda qeyd olunur ki, jurnalisti ilkin olaraq «Əş-Şəbab» islamçı qruplaşmasının üzvləri oğurlayaraq quldurlara təhvil veriblər. Maykl Skott Mur Almaniyanın «Şpiqel» jurnalına işləyir.