POPULYARXƏBƏRLƏR

Professor Ümid Özdağ: “İndi Türkiyədə “Hamımız erməniyik” şüarı dəbdədir, bəziləri üçün İrəvanın əsgəri olmaq problem yaratmır”

“Türkiyədə bəzi dairələr Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq üçün əllərinə düşən hər fürsətdən istifadə edirlər”

“Türkiyədə bəzi dairələr Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq üçün əllərinə düşən hər fürsətdən istifadə edirlər”. APA-nın məlumatına görə, bu fikirlər professor Ümit Özdağın Türkiyə mətbuatında dərc olunan “Azərbaycan yalanları” adlı köşə yazısında öz əksini tapıb. Fransa Senatında qondarma “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulundan sonra Türkiyənin bəzi media qurumlarında Azərbaycan əleyhinə kampaniya aparıldığını xatırladan Ümid Özdağ bu iddiaların yalan olduğunu, Azərbaycanın Fransanın bu addımına qarşı lazımi addımlar atdığını bildirib: “Fransa Senatında məlum qanun qəbul olunduqdan sonra Türkiyədə bu dairələr Bakının Parisə zəruri etiraz etmədiyi barədə yalanlar yaymağa başladılar. Təəssüf ki, bu yalanlara inanan, yaxud yalan olduğunu bilərək səhifələrində yer verən AKP hökumətinin nəzarətində olan qəzetlər qardaş Azərbaycan haqqında əsası olmayan yalan xəbərlər yayımlayırlar. Amma bir müddət əvvəl Bakıya səfər edən və prezident İlham Əliyev də daxil olmaqla bir çox rəsmi şəxslə görüşən MHP İğdır millətvəkili Sinan Oğan tam fərqli məlumatlar verir. Sinan Oğanla görüşdüm və əldə etdiyi məlumatları ictimaiyyətlə bölüşmək üçün söyləməyi rica etdim. Sinan Oğanın söylədiklərindən kiçik bir hissə: Ötən həftə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərliyində təmsil olunan şəxs kimi Azərbaycana səfərin zamanı Azərbaycan prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları Dini İdarəsinin rəhbəri Allahşükür Paşazadə, xarici işlər naziri Elmar Məmmədyarov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və bir çox qurumların rəhbərləri və media təmsilçiləri ilə görüşdük və hamının bu məsələdə bizə dəstək verdiyinin şahidi oldum”.

Professor Ümit Özdağ rəsmi Bakının Fransaya münasibətdə atdığı addımlara da köşə yazısında yer verib. Azərbaycan rəhbərliyinin Fransanın atdığı bu addımın səhv olduğunu və Azərbaycan-Fransa münasibətlərinə xələlə gətirəcəyi barədə bəyanatla çıxış etdiyini, Azərbaycan parlamentində bu məsələ ilə bağlı xüsusi müzakirələr keçirildiyini və 125 millət vəkilinini mzası ilə Fransa Senatına müraciət göndərildiyini, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etdiyini, Fransa səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunaraq etiraz bildirildiyini, Azərbaycanın Fransadakı səfirinə Türkiyənin bu ölkədəki səfiri ilə birlikdə Senata getmək və görülən işləri birgə koordinasiya etmək təlimatı verildiyini, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Fransa prezidentinə məktub yazdığını qeyd edib.

“Bundan başqa Azərbaycan Fransa Senatında yaxşı münasibətlərdə olduğu senatorlarla əlaqə quraraq qanunun əleyhinə səs verəcəkləri barədə qarantiya alıb, Azərbaycan qeyri-hökumət təşkilatları Fransa səfirliyi qarşısında mitinqlər keçirib, diaspor qurumları Parisdə aksiyalar təşkil edib, türk lobbisi ilə birgə fəaliyyət göstərib, Kiyevdəki Fransa səfirliyinin önündə etiraz nümayişləri təşkil ediblər. Siyasi partiyalar, millət vəkilləri və media təmsilçiləri qeyd olunan məsələ ilə bağlı etiraz bəyanatları, açıqlamalar verib, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun qış sessiyasında Fransa Senatının qəbul etdiyi qanunu pisləyiblər, bəzi fransız şirkətləri Azərbaycanda keçirilən tenderlərdə iştirakdan məhrum edilib”.

Ümit Özdağ yazısında Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparanların İrəvanın dəyirmanına su tökənlər olduğunu bildirib: “Belə bir söz var: “Əsgərə düşmən olan düşmən əsgəri olar”. Çox gözəl sözdür. Bunu “Bakıya düşmən olan İrəvanın əsgəri olar” şəklində də deyə bilərik. İndi Türkiyədə “Hamımız erməniyik” şüarı dəbdədir, deməli bəziləri üçün İrəvana əsgərlik etmək problem yaratmır. Allaha şükür ki, Bakıda hakimiyyəti hələ də türklər idarə edir”.



Yerləşdirilib:26 Yanvar, 2012  16:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com