Bu gün Sumqayıt şəhər Məhkəməsində Azərbaycan İslam Partiyasının həbsdə olan təşkilati işlər üzrə sədr müavini Arif Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vəkil Anar Qasımov APA-ya verdiyi xəbərə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Qəniyevin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Qeyd edək ki, A. Qəniyev Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. O, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinir.
Keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşış və ona məxsus avtomobildən 1 ədəd “Makarov” tipli tapança, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd “PM” patronu aşkar edilərək götürülüb.