POPULYARXƏBƏRLƏR

Türkiyənin baş naziri: “Geri addım atmadan nəzərdə tutduğumuz sanksiyaları mərhələ-mərhələ tətbiq edəcəyik”

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə böyük dövlətə xas şəkildə vüqarlı davranacaq”

“Fransada qəbul olunan qanunun bizim üçün heç bir əhəmiyyəti yoxdur, bizim üçün tamamilə yox qismindədir. Orta əsr təfəkkürünü xortladan bu qanun hər şeydən əvvəl Avropa dəyərlərini ayaqlar altına salır. Bu mövzuda biz söyləyəcəklərimizi söylədik, xəbərdarlıqlarımızı etdik. Qanunun əleyhinə səs vermiş senatorlar Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bu xətanın düzəldiləcəyinə olan ümidimizi hələ itirməmişik”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışında deyib.

R. T. Ərdoğan Fransa prezidenti Nikola Sarkozinin Türkiyə ilə mübahisələrdən siyasi xal toplamasına əsas yaratmayacaqlarını söyləyib: “Bu qanun açıq-aşkar ayrı-seçkilik və irqçilikdir, fikir azadlığını öldürən və Türkiyəyə qarşı düşmənçilik üzərində qurulmuş səs toplama kampaniyasıdır, Fransa və Avropa tarixinə haqsızlıqdır. Buna səssiz qalanlar, susanlar Avropada faşizmin dirçəlişinə göz yummaq kimi bir günaha girirlər. Fransa parlamentinin rasional düşüncəli üzvlərinə, fransız intellektuallarına, Fransa ictimaiyyətinə səslənirəm: Bu, Türkiyə-Fransa məsələsi deyil, Fransa-Ermənistan məsələsi deyil. Bu, açıq şəkildə diskriminasiyadır, irqçilikdir”.

R. T. Ərdoğan N. Sarkozinin babasının Osmanlı İmperiyasının tabeliyindəki Saloniki (indiki Yunanıstan) şəhərində doğulub böyüməsi, ulu babasının isə İspaniyadan qovulan və Osmanlının qucaq açdığı bir yəhudi olması faktının ironik olduğunu söyləyib: “Kökü Osmanlıya qədər gedən bir şəxs nə qədər düşmənçilik edərsə etsin, Osmanlı tolerantlığına kölgə sala bilməz”.

Baş nazir Türkiyənin çığır-bağır salmayacağını, böyük dövlətə xas şəkildə vüqarlı davranacağını vurğulayıb: “Mərhələ-mərhələ, geri addım atmadan nəzərdə tutduğumuz sanksiyaları tətbiq edəcəyik. Hələ səbr edirik, baş verənləri izləyirik. Lazımi qərarlar qəbul edib, sanksiya planımızı ictimaiyyətə açıqlayacağıq”.



Yerləşdirilib:24 Yanvar, 2012  14:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com