“Bu qanun layihəsinin qəbulu hər şeydən əvvəl Türkiyə və Azərbaycanla münasibətlərə ciddi zərbə vuracaq”
Fransa Senatının bir sıra üzvləri qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunla bağlı Konstitusiya Şurasına müraciət edəcək. Bu barədə APA-ya Fransa Senatının üzvü Natali Qule məlumat verib.
Onun sözlərinə görə, hazırda bir qrup senator Konstitusiya Şurasına müraciət etmək üçün imzatoplama kampaniyasına başlayıb: “Bu qanun layihəsinin qəbulu hər şeydən əvvəl Türkiyə və qorxuram ki həm də Azərbaycanla münasibətlərə ciddi zərbə vuracaq. Bu qanunun qəbulu həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransaya olan etimadı sıfıra endirəcək”.