POPULYARXƏBƏRLƏR

Fransa Senatı uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib

Fransa qanunları tərəfindən tanınan soyqırımları, o cümlədən uydurma “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun layihəsi Fransa Parlamentinin yuxarı palatası olan Senat tərəfindən də qəbul edilib.

Fransa Senatı uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib
Qanunun qəbulunda 213 nəfər iştirak edib, onlardan 127 nəfər qanunun lehinə, 86 nəfər əleyhinə səs verib.


APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələr qurumun Qanunvericilik komitəsinin uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbuledilməz olduğu haqda çıxardığı rəy ətrafında aparılıb. Lakin səsvermə nəticəsində Komitənin rəyi qəbul edilməyib.

Uzun müzakirələrdən sonra keçirilən səsvermədə senatorların əksəriyyəti Komitənin rəyinin qəbul edilməsi əleyhinə səs veriblər.

Səsvermədə iştirak edən 253 senatordan 86-sı sənədin lehinə, 167-si isə əleyhinə səs verib.

Daha sonra qanun layihəsi ətrafında müzakirələr aparılıb. Senatdakı çıxışlardan Fransa siyasi ənənəsinə uyğun olaraq müzakirələr sağlarla solların arasında deyil, bu qanun layihəsini dəstəkləyən və dəstəkləməyənlərə bölündüyü aydın hiss olunub. Yerli vaxtla günün ikinci yarısında başlayan müzakirələr Fransanın Parlamentlərlə əlaqələr üzrə naziri Patrik Ollierin çıxışı ilə başlayıb. Nazir Fransa hökuməti adından bu qanun layihəsinin qəbul edilməsinə tərəfdar olduğunu bildirərək, senatorları bu sənədi qəbul etməyə çağırıb.

Daha sonra qurumun Konstitusiya komitəsinin sədri Jan-Pyer Süörün hesabatı dinlənilib. Komitə sədri bir daha bu qanunun ölkə Konstitusiyasının və ondan irəli gələn dəyərlərin ruhuna uyğun olmadığını bildirib və senatorları bu qanun layihəsini rədd etməyə çağırıb.

Jan Pyer Süörün fikrincə, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, Fransa başqa soyqırımları da qəbul etməyə məcbur olacaq. Senatdakı müzakirələr zamanı zalda 348 senatordan cəmisi 263-ü iştirak edib.

Senatda müzakirələrin getdiyi zaman qurumun kuluarlarında Fransanın “Public Senat” televiziya kanalına verdiyi müsahibəsində senator Natali Qule Senatın 4 may 2011-ci ildə bu qanun layihəsini eyni səbəblər üzündən onun qəbul edilməzliyi haqda çıxardığı qərardan bəri heç nəyin dəyişmədiyini və qanunun elə eyni qanun olduğunu bildirib: “Dəyişən sadəcə Fransa prezidentinin seçkiləri qazanmaq arzusudur. Bundan başqa unutmayın ki, bu gün Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Fransanın belə qanun layihəsini qəbul etməsi onun bu missiyada tərəfli mövqeyi olmasına dair şübhələr yaradır. Yəni bu bizim Cənubi Qafqaz bölgəsində apardığımız diplomatiyamız üçün heç bir xeyir verməyəcək”.

Qnun layihəsinə əlavə və dəyişikliklərin müzakirələri zamanı Sosialist partiyasının üzvü olan senator Qaetan Qors bu sənədin qəbul edilməsini Fransada milli birliyin əldə edilməsi istiqamətində mənfi rol oynayacağını bildirib: “Mən bu gün Senatın qarşısına çıxanda üz-üzə duran minlərlə erməni və türk mənşəlli fransızların nümayişini gördüm. Onların arasında polis var idi. Mən bu səhnəni gördükdə bir daha əmin oldum ki, biz belə bir qanunun qəbulunda çox böyük səhvə yol veririk. Bu iki fərqli icmaların üzvləri eyni ölkənin, eyni vətənin övladlarıdır. Lakin bizim bu məsuliyyətsiz qərarlarımız üzündən bu gün bu insanlar bir ölkə daxilində düşmənə çevrilirlər. Bu Fransanın milli birliyi üçün böyük zərbədir”.

Əvvəlcə Fransa Senatı qanunun əsas sütunu olan birinci maddəsini olduğu kimi qəbul edib.

Fransa qanunvericilik orqanının hər iki palatasının bu qanun layihəsini qəbul etməsi, Fransa parlamentinin bu mətni iki oxunuşla bütünlüklə qəbul etdiyi yekun qərarı hesab olunur.

Bugünkü müzakirələrdə ciddi mübahisələrə səbəb olan məsələlər sırasında əsasən Xolokostla qondarma «erməni soyqırımı » hüquqi statusları arasındakı uyğunsuzluq və bu hadisələrin hüququ tərəfləri arasındakı fərqlər də olub. Layihənin Konstitusiyanın fikir və söz azadlığı ilə bağlı müddəalarına zidd olduğu bildirilir. Fransanın 1990-cı ildə qəbul etdiyi və bunu inkar edən şəxslərə qarşı müvafiq cəza növü nəzərdə tutduğu yəhudi soyqırımından fərqli olaraq, “erməni soyqırımı” haqqında hüquqi qüvvəsi olan hər hansı beynəlxalq sənəd və ya qərarın olmaması bu iki tarixi hadisəni fərqləndirən başlıca amillərdəndir.

Sənədin ölkə Konstitusiyasındakı "cinayət və cəzaların qanuniliyi", "fikir və söz azadlığı", "təhqiqat və elmi araşdırma azadlığı" prinsiplərinə uyğun gəlmədiyinə diqqət çəkilir. Eyni zamanda, çıxış edən bəzi senatorların fikrincə, belə bir qanunun qəbul olunması 29 yanvar 2001-ci ildə Fransanın rəsmən "erməni soyqirimi"nı tanıması haqqında qanunun özü üçün də müəyyən problemlər yarada bilər. Belə ki, Fransada hər bir vətəndaşın fərdi şəkildə Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ var. Konstitusiya Məhkəməsi şikayətə baxarkən parlamentin çıxardığı tarixi yaddaşla bağlı qərarı deyil, Konstitusiyanın fərdi və fundamental azadlıqlarla bağlı müddəalarını əsas götürəcək. Bununla da tək bu gün qəbul edilən qanunu deyil, eyni zamanda «erməni soyqırımı »nın tanınmasına dair qanunu heçə endirə bilər. Bundan başqa, qanun layihəsinin qəbulu Fransa üçün Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında da əlavə başağrısı yarada bilər. Senatorların bəziləri belə bir qanun Avropa İnsan Hüquqları Konvensiyasının ruhuna uyğun olmadığı qənaətindədirlər.

Xatırladaq ki, Fransa uydurma “erməni soyqırımı”nı 2001-ci il yanvarın 29-da rəsmən tanıyıb. 2006-cı il oktyabrın 12-də uydurma “soyqırım”ın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Milli Assambleya tərəfindən qəbul edilib. Lakin 2011-ci il mayın 4-də Senat bu qanun layihəsini əsassız sayaraq onu təsdiq etməyib. Milli Assambleya təkrarən qanun layihəsini bir ay əvvəl – 2011-ci il dekabrın 22-də qəbul edib. Bu gün bu qanun layihəsinin Senat tərəfindən də qəbul edilməsi bu sənədin artıq Fransa Parlamenti tərəfindən rəsmən tanınması hesab olunur. Sənədin Fransada tam olaraq qüvvəyə minməsi üçün son mərhələ kimi bu qanun layihəsinin ölkə prezidenti tərəfindən təsdiq olunmalıdır.

Qeyd edək ki, Fransa Senatının qarşısında Azərbaycan və türk diasporunun nümayəndələri gün boyu etiraz aksiyaları keçirərək, qərarın qəbul olunmamasına çağırıblar.



Yerləşdirilib:24 Yanvar, 2012  02:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com