“Tarixlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır”
Bu gün AŞPA qış sessiyasının plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland çıxış edib. APA-nın Avropa bürosunun məlumatına görə, çıxışdan sonra parlamentarların suallarını cavablandıran baş katib Ermənistan nümayəndə heyətinin
üzvü Naira Zöhrabyanın qondarma “erməni soyqırımı”nın inkarına görə cəza verilməsi haqqında qanunun qəbuluna dair sualını cavablandırarkən tarixi məsələlərlə tarixçilərin məşğul olduğunu xatırladıb: “Mən tarixi məsələlərə siyasi qiymət vermək istəməzdim. Qoy tarixi məsələlərlə tarixçilər məşqul olsun, siyasətçilərin buna qiymət verməsi düzgün deyil. Türkiyə 5 il öncə bu məsələni araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasını və arxivlərin açılmasını təklif etmişdi. Lakin bu təklifə müsbət cavab gəlmədi”.