Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin tərəfdarları ölkənin qərbindəki Bəni-Vəlid şəhəri üzərində nəzarəti ələ keçiriblər. Bu barədə Agence France-Presse yerli rəsmilərə istinadən məlumat verir.
Məlumata görə, Qəddafinin tərəfdarları şəhərin bir sıra vacib rayonlarına, o cümlədən mərkəzinə nəzarət edirlər. Şəhərin mərkəzində ölkənin keçmiş bayrağı olan «yaşıl bayraq» qaldırılır.