Fransa Senatında uydurma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsinin müzakirəsi davam edir.
APA-nın xəbərinə görə, senatorlar “soyqırımı inkar edən qanun layihəsi”nin gündəlikdən çıxarılmasının əleyhinə olublar.
Senat məclisində Konstitusiya Komissiyasının qanun layihəsinin rədd edilməsi ilə bağlı təklifi qəbul edilmədi. Senatın 167 üzvü qanun layihəsinin müzakirəsinin tərəfdarı, 87 nəfər isə əleydarı olub.
Qeyd edək ki, sənəd soyqırımları, o cümlədən uydurma “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutur. Layihə Senatda təsdiqlənərsə, imzalanmaq üçün prezidentə göndəriləcək.