Yanvarın 23-də Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu arasında görüş keçirilib.
APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadın verdiyi məlumata görə, görüşdə bir sıra regional və beynəlxalq problemlər, o cümlədən Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunub.