Fransa Türkiyəni uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı sakitliyə çağırıb.
APA-nın xəbərinə görə, Fransa XİN-in rəsmi nümayəndəsi Bernar Valero qanun layihəsinin Senatda qəbul ediləcəyi təqdirdə Türkiyənin atacağı addımlara Fransanın reaksiyası barədə sualı cavablandırıb: “Biz Türkiyəni sakitliyə çağırırıq. Türkiyə Fransanın tərəfdaşı və önəmli müttəfiqidir. Biz Ankara ilə xüsusən beynəlxalq və regional məsələlər üzrə əməkdaşlığa çox əhəmiyyət veririk”.