Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan bu gün Fransa Senatında səsverməyə qoyulacaq "erməni soyqırımı" qanun layihəsi ilə bağlı açıqlama verib.
SalamNews-un "Doğan" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Ərdoğan deyib: "Əgər minlərlə soydaşımız Parisdə həmrəylik nümayiş etdirmişlərsə, deməli, gələcəkdə bu böyük əks-səda doğuracaq. On min sabah yüz min ola bilər. Çünki bu qanun insan hüquqlarına ziddir. Türkiyə-Fransa münasibətlərinə ziddir. Sarkozinin tarixçilər tərəfindən qəbul edilməsi lazım olan bir qərarı öz siyasi məqsədləri uğrunda fəda etməsi düzgün deyil. Bu gün Fransanın verəcəyi qərar bizim verəcəyimiz başqa bir qərarı şərtləndirəcək".