Bu gün BMT-nin Baş katibi Ban Ki Mun, Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Derviş Eroğlu və Yunan Kiprinin lideri Dimitris Hristofyas arasında üçtərəfli Kipr müzakirələrinin 5-ci mərhələsi başlayır.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, görüş Nyu-Yorkun Manhasset bölgəsində yerləşən "Greentree" mülkündə baş tutacaq.
Derviş Eroğlunun və Dimitris Hristofyasın başçılıq etdikləri nümayəndə heyətləri gecə saatlarında "Greentree"yə gəliblər. BMT-nin Baş katibi Ban Ki Munun Kipr üzrə xüsusi məsləhətçisi Aleksandr Dounerinin da mülkə gəldiyi xəbər verilir. Üçtərəfli görüş iki gün davam edəcək.