Fransa parlamentində bu gün səsverməyə çıxarılacaq qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Türkiyənin "B" planı tətbiq olunacaq.
SalamNews-un "Cihan" agentliyinə istinadla verdiyi xəbərə görə, belə bir bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.
Kayseriyə səfər edən Əhməd Davudoğlu, Türkiyənin bu layihə ilə bağlı "B" planı hazırladığını bildirib: "Qanun qəbul edilsə, Türkiyənin necə hərəkət edəcəyi aydındır. İnşallah, bunları açıqlamağa ehtiyac yaranmaz".