Dubayın ilk qənaətcil flydubai aviaşirkəti İraqın paytaxtı Bağdad şəhərinə uçuşlara başlayaraq, marşrut şəbəkəsinin genişləndirməsini bəyan edir.
"flydubai" şirkətinin Bakı nümayəndəliyindən SalamNews-a verilən məlumata görə, Dubaydan Bağdada ilk reys yanvarın bu il yanvarın 17-də baş tutub. Bu, "flydubai"nin Ərbil və Süleymaniyyə şəhərlərindən sonra, İraq istiqamətində sayca üçüncü marşrutudur. Dördüncü istiqamət isə yanvarın 29-da Ən-Nəcəf şəhərinə açılan yeni hava yolu olacaq.
Dubay – Bağdad reysinə biletlərin qiyməti 315 ABŞ dollarından başlayır. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Misal üçün, çəkisi 20 kiloqramadək olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.