Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev Soçidə Qafqaz regionundakı vəziyyəti, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər
SalamNews RİA “Novosti”ə istinadən xəbər verir ki, görüşü açan Rusiya dövlətinin rəhbəri bildirib: "Biz regionda vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq. Biz Qafqaza çox sıx bağlıyıq, bir sıra yaxın regionda olduğu kimi, buradada baş verənlərə laqeyd deyilik".
D.Medvedev, həmçinin Ermənistan prezidentinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş qarşıdakı üçtərəfli görüşün vacibliyini də qeyd edib: "Bu görüşlər müntəzəm keçirilir, haradasa irəliləyiş var, haradasa problemlər var, lakin bu dialoq faydalıdır və ümid edirəm ki, belə əlaqələr davam edəcək".
Rusiya prezidenti həmçinin "Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etdiriləcəyini, gələcək barədə danışmağı, ötən il baş verənləri qiymətləndirməyi" müzakirə etməyi təklif edib. Bununla yanaşı, Rusiyanın dövlət başçısı 2011-ci ildə əməkdaşlığın nəticələrini yaxşı qiymətləndirib.
Prezident İlham Əliyev münasibətlərin intensiv xarakterinin bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirdiyini vurğulayıb: "Ötən il çox uğurlu oldu, biz qarşılıqlı fəaliyyətimizi möhkəmləndirdik, mal dövriyyəsində artım isə on faizlərlə hesablanır".
Azərbaycanın dövlət başçısı rusiyalı həmkarına Dağlıq Qarabağ probleminin nizamlanması yollarının axtarışında səyləri davam etdirdiyinə görə təşəkkürünü bildirib:. "Siz düzgün qeyd etdiniz ki, ümidverici anlar da, bədbinlik hissini artıran anlar da oldu, lakin Sizin bu səyləri davam etdirməyiniz nikbinliyi artırır. Biz nizamlamada və regionda sabitliyin bərqərar olmasında maraqlıdır".
İ.Əliyev, həmçinin Dmitri Medvedevə Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklənməsinə görə də təşəkkürünü bildirib. O, "gələcək iki il ərzində sizinlə sıx əməkdaşlıq şəraitində işləyəcəyik və bizi dəstəkləyən 155 ölkənin etibarını doğrultmağa çalışacağıq", - deyə, Dmitri Medvedevi əmin edib.
Ч