Avropa Birliyinə (AB) daxil olan 27 ölkənin nümayəndələri İrandan neft idxalına embarqo tətbiqi barədə prinsipial razılığa gəlib.
“APA-ECONOMICS”in AFP-yə istinadən xəbərinə görə, sanksiyaların tətbiqi barədə formal yekun qərar AB xarici işlər nazirlərinin bu gün bu gün keçiriləcək iclasında qəbul ediləcək.
XİN başçılarının İran Mərkəzi Bankı ilə maliyyə əməliyyatlarının məhdudlaşdırılması haqqında qərar qəbul edəcəyi gözlənilir. Buna səbəb İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsməkdir.
Qeyd edək ki, İranın Avropaya ixrac etdiyi neftin 68%-ni Yunanıstan, İtaliya və İspaniya alır.