Bakıda qəbiristanlıqda silah-sursat tapılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonu ərazisindəki qəbiristanlıqda döyüş sursatının aşkarlanması barədə nazirliyə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib və müəyyən ediblər ki, bu, 1 ədəd istifadəyə yararlı əl qumbarasıdır. Sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.