Rusiya XİN İsraildə Fələstin parlamentinin spikeri Əbdel Əziz Dueykin həbs olunması ilə bağlı narahatlığını bildirib. Bu barədə qurumun rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç məlumat verib.
Fələstinli siyasətçi dünən evə qayıdarkən Yərusəlim şəhəri ətrafında İsrailə məxsus nəzarət-buraxılış məntəqəsində saxlanılıb.
SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN bu cür addımların Fələstin-İsrail sülh prosesinin həyata keçirilməsi üçün tələb olunan etimad mühitinin formalaşmasına zidd olduğunu bəyan edib.