Rusiya və İran arasında aparılan ticarət əməliyyatlarında bundan sonra milli valyutalar - "rubl" və "İran rialı"ndan isitifadə olunacaq.
SalamNews-un ''FarsNews''a istinadən verdiyi xəbərə görə, bu barədə Mosvada keçirilmiş mətbuat konfransında İranın Rusiyadakı səfiri Mahmud Reza Səcad bəyan edib. Onun sözlərinə görə, ABŞ dolları artıq öz sabitliyini itirib.
Səfir, Mahmud Əhmədinejadın prezidentliyi dövründə ticarət dövriyyəsinin artdığını sözlərinə əlavə edib.
Xatırladaq ki, yanvarın 6-da Rusiya və İran prezidentləri arasında baş tutmçuş telefon danışığı zamanı müvafiq tədbirlərin görülməsi məsələsi müzakirə olunub.