Fransada 1915-ci il hadisələri ilə əlaqədar qondarma erməni soyqımını inkar edənlərin cəzalandırılmazını nəzərdə tutan qanun layihəsinin senatda rədd olunması üçün türklərin Parisdə təşkil etdiyi nümayişi böyük coşqu ilə başlayıb.
SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, leysan yağışa və soyuq hava şəraitinə baxmayaraq, Fransa və digər Avropa ölkələrində yaşayan minlərlə nümayişçi Türkiyə, Əlcəzair, Azərbaycan və Fransa bayraqları altında nümayiş keçirir.
Təşkilat Komitəsindən məlumat verilib ki, nümayişdə 35 min, polis mənbələrinə görə isə 20 mindən çox insan iştirak edir. Bu rəqəmin getdikcə artacağı gözlənilir.