İranın cənub-şərq hissəsində yerləşən Sistan və Belucistan əyalətinin Çabahar-Sarbaz şossesində ötən gecə sunni imam-cüməsi Molavi Mostafa Cenqi Zehinin meyiti tapılıb.
SalamNews PressTV-yə istinadən xəbər verir ki, qətlə yetirilən din xadimi sunni və şiə arasında birliyin yaranmasının lehinə çıxış edirdi. Heç bir terror qruplaşması bu qətli üzərinə götürməyib.
Ümumiyyətlə, bu regionda İranın hökumət məmurlarına və dinc sakinlərinə qarşı "Candulla" terror qrupunun üzvləri çoxsaylı terror aktı həyata keçirirlər. Həbs olunan terrorçular təsdiqləyirlər ki, qruplaşma dinlərarası düşmənçilik yaratmaq üçün terror aktları törədirlər.
2010-cu ilin fevralında İranda xüsusi təyinatlı dəstə tərəfindən həbs olunan "Candulla" qruplaşmasının lideri Abdulmalik Riqi iyun ayında edam edilib. O, 79 cinayyət işində əlaqəsi olduğu üçün ittiham olunub.