Fransa Əfqanıstandakı bütün hərbi əməliyyatlarda iştirakını dayandırır. Bu barədə bu gün Fransa prezidenti Nikola Sarkozi bəyan edib.
SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, dövlət başçısı bəyanatı Əfqanıstanın Kapis əyalətində İSAF qüvvələrinin tərkibində xidmət edən Fransa kontingentinin dörd əsgərinin qətlə yetirilməsi haqqında məlumatın yayılmasından bir neçə saat sonra verib.