Türkiyə Prezidenti Abdulla Gül səlahiyyət müddəti ilə bağlı açıqlama verib.
SalamNews-un "İhlas" agentliyinə istinadla verdiyi xəbərə görə, Prezident Gül, Niğdə şəhərinin icra hakimiyyətinə gedən zaman, mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Gül, "Prezident Seçkiləri Qanunu" layihəsinin Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş Assambleyasında qəbul edilməsi ilə bağlı bunları deyib: ''Mövzuyla əlaqədar söyləyəcəklərimi söylədim, əlavə edəcək heç nə yoxdur. Qərarın konstitusiyaya zidd olduğu iddia edilirsə, ana müxalifət partiyası, təbii ki, Konstitusiya Məhkəməsinə müraciət edə bilər".