Yunanıstanın Rodos adasındakı Türkiyə Baş konsulluğu hücuma məruz qalıb.
Yunanıstanın AMNA xəbər agentliyinin verdiyi xəbərə görə, bu gün naməlum şəxs konsulluğun qapısına yazılı lövhə asıb. Daha sonra isə benzinlə dolu bir bidona od vuraraq, konsulluğun həyətinə atıb.
SalamNews-un "Sabah"a istinadla verdiyi xəbərə görə, konsulluğun həyətində yanmağa başlayan bidon növbətçi polis tərəfindən söndürülüb. Hadisə nəticəsində konsulluq binasına ziyan dəyməyib. Yanğını söndürən polis yüngül xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.