“Azərbaycan Türkiyənin yanındadır və bizim uydurma “erməni soyqırımı”na qarşı birgə mübarizəmiz öz bəhrəsini verməkdədir”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Məclisinin sədri müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Fransada bu təşəbbüsün qəbul edilməməsi üçün hələ şans var: “Fərqli düşünən, söz azadlığına və plüralizmə qarşı yönələn bu cür təşəbbüsü bəyənməyən insanların Fransa parlamentində sayı çoxalır. Son hadisə də bunu sübut edib”.
B. Muradova xatırladıb ki, Azərbaycan tərəfi - həm rəsmi dairələr, həm də cəmiyyət bu məsələyə öz münasibətini açıqlayıb: “Azərbaycan bu məsələdə Türkiyəni tam dəstəkləyir. Çox inanırıq ki, bu təşəbbüs nəticə etibarilə baş tutmayacaq".