Fransa Senatının qondarma “erməni soyqırımı”nı tanımayanların cəzalandırılması ilə bağlı qəbul etməyə hazırlaşdığı qanun tək Türkiyəyə deyil, Azərbaycana da qarşı yönəldib”.
APA-nın məlumatına görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvlərinin ölkəmizə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında Milliyyətçi Hərəkat Partiyasından İğdır millət vəkili Sinan Oğan bildirib.
S. Oğan qeyd edib ki, Azərbaycan tərəfi bununla bağlı öz imkanları daxilində lazım olan olan addımları atır: “Qərb parlamentləri Türkiyə və Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Xocalı soyqırımının tanınması üçün Türkiyə parlamenti tərəfindən işlər görülür”.
AKP Elazığ millət vəkili Şuay Alpay isə qeyd edib ki, Türkiyə və Azərbaycana qarşı yönəlmiş istənilən hərəkətin qarşısının birgə alınması digərlərinə dərs olacaq: “Heş kim iki ölkənin arısını vurmağa nail olmayacaq”.
CHP İstanbul millət vəkili Əli Özgündüz isə iki ölkənin bu kimi məsələlərdə birgə addımlar atmasının vacibliyini vurğulayıb.
Dostluq qrupunun rəhbəri, AKP millət vəkili Necdət Ünüvar isə vurğulayıb ki, Fransanın 23 yanvarda qəbul edəcəyi qərar ən çox bu ölkənin özünə zərər gətirəcək.