İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurası katibinin müavini Əli Baqeri Moskvaya səfər edib.
SalamNews MehrNews-a istinadən xəbər verir ki, səfər zamanı xarici işlər naziri Sergey Lavrov və Rusiya Federasiyasının təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşlər planlaşdırılıb.
Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında məsləhətləşmələrin və danışıqların aparılması nəzərdə tutulur. Həmçinin regional və beynəlxalq vəziyyət, İranın nüvə proqramı müzakirə ediləcək.