Fələstin Milli Administrasiyasının (FMA) və FƏTH hərəkatının rəhbəri Mahmud Abbas və HƏMAS hərəkatının siyasi bürosunun lideri Xalid Məşəl daxili barışıq məsələsini müzakirə etmək üçün fevral ayının əvvəlində Qahirədə görüşməyi planlaşdırırlar. Bu barədə FƏTH Mərkəzi Komitəsinin üzvü Əzzam əl-Əhməd məlumat verib.
SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, görüş FMA rəhbəri Mahmud Abbasın təşəbbüsü ilə baş tutacaq.
Əl-Əhməd administrasiya rəhbərinin ötən görüşləri məhsuldar hesab etdiyini və daxili barışıq məsələsini müzakirə etmək üçün yenidən bir araya gəlməyi planlaşdırdığını bildirib.